Prezident Lütfi Zadənin vida mərasimində


16:26     29 Sentyabr 2017 lutfizade1.jpg

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi başlayıb.


Femida.az xəbər verir ki, vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev vida mərasimində iştirak edir.

Mərasimə dövlət və hökumət nümayəndələri, elm adamları, ictimaiyyət nümayəndələri də qatılıb.

Qeyd edək ki, vida mərasimi başa çatdıqdan sonra Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 935