Yolu keçmək istəyirdi, canından oldu


17:47     29 Sentyabr 2017 piyada%20oglan.jpg

Gəncədə avtomobil piyadanı vurub.


Femida.az-ın verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi və Nəriman Nərimanov prospektlərinin kəsişməsində qeydə alınıb. Goranboy rayonunun Qaradağlı kənd sakini, 1997-ci il təvəllüdlü Orxan Yusibov yolu keçən zaman “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub.

Xəsarət alan şəxs dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 712