Yolu keçən qadını maşın vurdu


17:20     25 Oktyabr 2017 piyada%20qadin.jpg

Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 23-də saat 19 radələrində Naxçıvan şəhəri ərazisində Ordubad rayon sakini Kamran İsmayıllı idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Turqayə Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən T.Əliyeva oktyabrın 24-də orada ölüb.

Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 950