Yolu keçmək istəyirdi, maşın vurdu


13:50     30 Sentyabr 2017 piyada%20oglan.jpg

Bakının Xətai rayonunda orta yaşlı kişini avtomobil vuraraq ona ağır xəsarət yetirib.


Femida.az xəbər verir ki, hadisə 45 yaşlı Süleymanov Cavanşir İbrahim oğlu Əhmədli qəsəbəsində, Məhəmməd Hadi küçəsində yolu keçmək istəyən zaman baş verib. Onu minik avtomobili vurub.

Sürücünün köməkliyi ilə yaralı xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 862