Bakının mərkəzində kütləvi dava - Tutulanlar var


02:26     30 Sentyabr 2017 b1c4356850d6cfd18518f593c3ecb924.jpg

Bakıda kafedə kütləvi dava-dalaş olub.

Femida.az Lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisindəki "Dəli Kür" kafesində bir qrup şəxs arasında dava-dalaş olub. Dava zamanı 1986-cı il təvəllüdlü Mehdiyev Tofiq Şamil oğlu ağır xəsarət alan. Daha bir nəfər isə yüngül xəsarətlərlə canını qurtarıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində davada iştirak edən 1994-cü il təvəllüdlü Həsən Ağayevlə 1995-ci ildə anadan olmuş Elvin Əliyev tutulub. Onların hər ikisi əvvəllər müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1000