Ombudsmanın əməkdaşları miqrantların saxlanıldığı mərkəzdə


00:27     10 Oktyabr 2017 ombudsman%20num.jpg

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı şəhəri Qanunsuz miqrantların saxlanılması mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.


Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı mərkəzin yataqxana korpuslarına, yaşayış və tibb otaqlarına, müsahibə yerlərinə, yeməkxana, ərzaq anbarı və digər obyektlərə baxışlar keçirilib, tibbi yardımın təşkili, yemək-qidalanma, telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Ailəli, yanında uşağı olan qadınlar, yetkinlik yaşına çatmayanlar, tibbi nəzarətə ehtiyacı olan əcnəbilər üçün yaradılmış şərait, yaşayış otaqları, onlar üçün təmin edilməli olan xüsusi yemək normaları da araşdırma predmeti olub.

Başçəkmə zamanı mərkəzə qəbul və təhvil verilmə, tibbi müayinədən keçirilmə, xidmət əməkdaşlarının miqrasiya qanunvericiliyinə uyğun olaraq məcburi və könüllü saxlanılan şəxslərlə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində könüllü saxlanılan bir çox şəxs fərdi qaydada qəbul edilib və dinləniliblər.

Bildirilib ki, mərkəzə məcburi yerləşdirilmiş əcnəbi olmayıb.

Açar sözlər:

Oxunub: 560