Ombudsmanın əməkdaşları hərbi hissələrə baxış keçirib


20:35     04 Dekabr 2017 dsc05795.JPG

Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Ağcabədi rayonu ərazisindəki hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.


Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, hərbi hissələrin bütün obyektlərinə, hərbi qulluqçuların yataqxanalarına, tədris otaqlarına, tibb məntəqələrinə, yeməkxanalarına, mətbəxlərə, ərzaq anbarlarına baxış keçirilib.

Hərbi qulluqçulara yaradılmış şərait, əşya təminatı, rəftar, qidanın keyfiyyəti, şəxsi heyətin yüksək döyüş ruhu və psixoloji durumu, hərbi qulluqçular üçün vətənpərvərlik və döyüş hazırlığı ilə bağlı tədbirlərin keçirilməsi müsbət qiymətləndirilib.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, çoxsaylı sualları cavablandırıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 716