Ombudsmanın əməkdaşları Bakı İstintaq Təcridxanasına baş çəkiblər
22:53 07 Noyabr 2017
Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, müraciətlərinin qəbulu və digər hüquqların təminatı vəziyyəti, rəftar məsələləri araşdırılıb.
Müraciətlərin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qaydada qəbul olunaraq dinləniliblər.
Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyib, bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildirib, müraciətlərində yer alan həbs, cinayətlərin dekriminallaşdırılması və digər cinayət və mülki hüquq münasibətləri ilə bağlı qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib. Hər bir şəxslə bağlı müvafiq sənədlər araşdırılıb, hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilib, Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub və bir sıra müraciətlər yerində təmin edilib.
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin daha da təkmilləşdirilməsi və hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.
Başçəkmə çərçivəsində qaldırılan məsələlər üzrə aidiyyəti qurumlara müraciət olunacaq.
Femida.az
Oxunub: 831
Oxşar xəbərlər
- Ombudsmanın əməkdaşları uşaq müəssisələrinə baş çəkib
- Ombudsmanın əməkdaşları hərbi hissələrə baxış keçirib
- Ombudsmanın nümayəndələri hərbi hissələri yoxladı
- Ombudsmanın əməkdaşları miqrantların saxlanıldığı mərkəzdə
- Ombudsmanın nümayəndələri Mehman Əliyevlə görüşüblər
- Ombudsmanın əməkdaşları cəzaçəkmə müəssisəsinə baş çəkib
- Ombudsmanın əməkdaşları Gözəl Bayramlıya baş çəkdi
- Ombudsmanın əməkdaşları DTX-nın təcridxanasında olublar
- Ombudsmanın əməkdaşları DTX-nın təcridxanasında olublar
- Ombudsmanın əməkdaşları Aleksandr Lapşinlə görüşüblər