Ombudsmanın əməkdaşları uşaq müəssisələrinə baş çəkib
21:55 18 Dekabr 2017
Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Bakı şəhərində yerləşən 2 və 3 saylı uşaq evlərinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmələr zamanı hər iki müəssisənin bütün obyektlərinə, yataq, dərs, tibb, idman, əmək otaqlarına, yeməkxanaya və mətbəxə, ümumi əraziyə baxış olub.
Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisələrdə saxlanılan uşaqlarla, müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə söhbətlər aparılmış və mövcud vəziyyət öyrənilib. Saxlanma şəraiti və rəftar məsələlərinin qənaətbəxş olduğu müəyyən edilib. Başçəkmələrin sonunda MPQ üzvləri tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında uşaqlarla, müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılıb.
Uşaq hüquqlarının həyata keçirilməsi və təmininə diqqətin artırılması və bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Femida.az
Oxunub: 1205
Oxşar xəbərlər
- Ombudsmanın əməkdaşları hərbi hissələrə baxış keçirib
- Ombudsmanın nümayəndələri hərbi hissələri yoxladı
- Ombudsmanın əməkdaşları Bakı İstintaq Təcridxanasına baş çəkiblər
- Ombudsmanın əməkdaşları miqrantların saxlanıldığı mərkəzdə
- Ombudsmanın nümayəndələri Mehman Əliyevlə görüşüblər
- Ombudsmanın əməkdaşları cəzaçəkmə müəssisəsinə baş çəkib
- Ombudsmanın əməkdaşları Gözəl Bayramlıya baş çəkdi
- Ombudsmanın əməkdaşları DTX-nın təcridxanasında olublar
- Ombudsmanın əməkdaşları DTX-nın təcridxanasında olublar
- Ombudsmanın əməkdaşları Aleksandr Lapşinlə görüşüblər