Azərbaycan Türkiyənin üçüncü ən iri investorudur
19:10 17 Oktyabr 2017
2017-ci ilin ilk 8 ayı ərzində Türkiyə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 4,851 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,8% çoxdur.
Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının açıqladığı statistikada deyilir.
Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust ayları ərzində Türkiyə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 3,767 mlrd. dollar olub.
2017-ci ilin yanvar-avqust ayları ərzində Türkiyə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların 79%-i və ya 3,830 mlrd. dolları Avropa ölkələrinin payına düşüb.
Hesabat dövründə qardaş ölkənin iqtisadiyyatına ən çox yatırım edən ölkələr Hollandiya, İspaniya, Azərbaycan və Avstriya olub. "Zanbaqlar ölkəsi" 8 ay ərzində Türkiyə iqtisadiyyatına 1,501 mlrd. dollar yatıraraq lider olduğu halda, İspaniya 1,046 mlrd. dollarlıq göstərici ilə ikinciliyini qoruyub. Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycan və Avstriya qonşu ölkənin iqtisadiyyatına müvafiq olaraq 355 mln. dollar və 308 mln. dollar yatırıblar. Belçika, Almaniya, Yaponiya, İngiltərə, Çin və ABŞ kimi ölkələrin hər birinin yatırımları 100 mln. dollardan çox olub.
Maraqlıdır ki, ilin əvvəlindən Rusiya Türkiyəyə birbaşa investisiya yatırmayıb. Halbuki, ötən ilin müvafiq dövrü ərzində bu göstərici 259 mln. dollar olub.
Femida.az
Oxunub: 897
Oxşar xəbərlər
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycan dili dünyanın çətin dillərindən biri seçildi
- Azərbaycan domenində saytların sayı artıb
- Azərbaycana nə qədər turist gəlib? - SON STATİSTİKA
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanlı gənclərdən İrana dəstək aksiyası - Tbilisidə
- Azərbaycan əhalisinin əsas gəlir mənbəyi - Rəsmi Statistika