İtkin düşən məktəbli tapılıb - Parkda gecələyirmiş


14:34     21 Oktyabr 2017 3331.jpg

Ötən gün Xaçmaz rayonunda dərsdən çıxandan sonra evə qayıtmayan məktəbli tapılıb.


Femida.az report-a istinadən xəbər verir ki, Xaçmaz rayon Rəsul Rza küçəsində yaşayan 11 yaşlı Zamin Mənsur oğlu Daşdəmirov bu gün səhər saat 07:30 radələrində Xaçmaz parkında tapılıb və ailə üzvlərinə təhvil verilib.

Altıncı sinifdə oxuyan Mənsur yerli 5 saylı orta məktəbin şagirdidir.

Femida.az

Açar sözlər:

Oxunub: 1675