Mehriban Əliyeva bəstəkarın müalicəsi ilə bağlı göstəriş verdi


18:35     03 Noyabr 2017 mehriban%20eliyeva1.jpg

Xəbər verdiyimiz kimi, əməkdar incəsənət xadimi Tahir Əkbər insult keçirib.


Femida.az xəbər verir ki, bu barədə əməkdar artist Aybəniz Haşımova bəstəkarın səhhətindən danışarkən deyib.

O bidirib ki, birinci vitse-prezident Mehriban Əliyeva T.Əkbərin müalicəsi ilə bağlı göstəriş verib:

“Hazırda vəziyyəti ağırdır. Dünən Tahir Əkbər Musa Nağıyev adına xəstəxanada reanimasiyada idi. Bu gün onu Respublika Diaqnostika Mərkəzinə köçürürlər.

Bundan sonra da səhhəti ilə bağlı bütün lazım olana Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu nəzarət edəcək. Sənət adamlarına belə dəyər verdiyi üçün Mehriban xanıma təşəkkür edirik”.

Femida.az

Açar sözlər:

Oxunub: 1413