Mehriban Əliyevaya orden verildi
21:12 26 Dekabr 2017
Moskvada Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim olunub.
Femida.az-ın APA-ya istinadən məlumatına görə, Xilasedici İsa Məsih məbədində keçirilən mərasimdə ordeni M. Əliyevaya Moskva və bütün Rusiyanın Patriarxı Kirill təqdim edib.
M. Əliyeva bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill tərəfindən təltif olunub.
Qeyd edək ki, bu ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilir.
Xatırladaq ki, 2013-cü ildə M. Əliyevanın himayədarlığı ilə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılıb. Bu il Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə abidənin ətrafındakı ərazidə abadlıq işləri görülüb.
Femida.az
Oxunub: 1874
Oxşar xəbərlər
- Mehriban Əliyeva ilin idman təşkilatçısı seçildi
- Mehriban Əliyeva ordenlə təltif edilib
- Mehriban Əliyeva açılışda iştirak etdi
- Mehriban Əliyeva Qarabağ qazisinə ev verdi - FOTOLAR
- Mehriban Əliyeva bəstəkarın müalicəsi ilə bağlı göstəriş verdi
- Mehriban Əliyeva Aida İmanquliyevanın məzarını ziyarət etdi - FOTOLAR
- Mehriban Əliyeva köçkünlər üçün tikilən bina ilə tanış olub
- Mehriban Əliyeva yaralı zabitin müalicəsini üzərinə götürdü
- Mehriban Əliyeva körpələr evində
- Mehriban Əliyeva üçün özəl gün