Mehriban Əliyeva ordenlə təltif edilib
21:18 16 Dekabr 2017
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilib.
Mehriban xanım Əliyevanı bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill təltif edib.
Bu yüksək ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər.
Xatırladaq ki, 2013-cü ildə Mehriban Əliyevanın himayədarlığı ilə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılıb. Bu il Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə abidənin ətrafındakı ərazidə abadlıq işləri görülüb.
Femida.az
Oxunub: 2703
Oxşar xəbərlər
- Mehriban Əliyeva ilin idman təşkilatçısı seçildi
- Mehriban Əliyevaya orden verildi
- Mehriban Əliyeva açılışda iştirak etdi
- Mehriban Əliyeva Qarabağ qazisinə ev verdi - FOTOLAR
- Mehriban Əliyeva bəstəkarın müalicəsi ilə bağlı göstəriş verdi
- Mehriban Əliyeva Aida İmanquliyevanın məzarını ziyarət etdi - FOTOLAR
- Mehriban Əliyeva köçkünlər üçün tikilən bina ilə tanış olub
- Mehriban Əliyeva yaralı zabitin müalicəsini üzərinə götürdü
- Mehriban Əliyeva körpələr evində
- Mehriban Əliyeva üçün özəl gün