Mehriban Əliyeva Qarabağ qazisinə ev verdi - FOTOLAR


15:30     10 Noyabr 2017 20992789_508558146160313_3434285797796339281_n.jpg

Daha bir Qarabağ qazisi evlə təmin edilib.


Femida.az -a bu haqda məlumatı Mahir Rzayev özü verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə 4 otaqlı evlə təmin olunub.

“ Bildiyiniz kimi ev problemim var idi. Bu gün artıq o problemim həll olunub.Abşeron rayonu, Məhəmmədi kəndində mənə 4 otaqlı həyət evi verildi. Artıq bir aydır ki, təmir işləri yekunlaşdıqdan sonra evə köçdük. Dünən veteranları da evimizə qonaq çağırdıq.Diqqətə görə, Mehriban xanıma təşəkkür edirəm.”, deyə Mahir Rzayev bildirib.

Qeyd edək ki, Mahir Rzayev 1992-96-cı illərdə Ağdərə və Tərtər istiqamətlərində mübarizə yolu keçmiş veterandır. 3 övladı var.











Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 6770