FHN əməkdaşları təltif olunublar


17:25     08 Noyabr 2017 3-1%20(1)4.JPG

Fövqəladə Hallar Nazirliyində (FHN) “Xəzər-2017” beynəlxalq təlimlərində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilib.


FHN-dən Femida.az-a bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı və Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi tərəfindən verilmiş medalları əməkdaşlara fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev təqdim edib. Nazir müavini təltif olunmuş FHN əməkdaşlarını təbrik edərək onlara xidmətdə uğurlar arzulayıb.

Xatırladaq ki, noyabrın 2-3-də Bakı şəhərində Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti” mövzusunda “Xəzər-2017” beynəlxalq təlimi keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 824