FHN və polis birgə əməliyyat keçirdi - Pişik xilas edildi


20:11     16 Noyabr 2017 100aa31094e7910938464b6f807aa830.jpg

Bu gün Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə Nərimanov rayonu ərazisindəki binalardan birində yerləşən mənzildə pişiyin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, pişiyin miyoltusunu eşidən bina sakinlərindən biri onun yaşayış olmayan mənzildən xilas edilməsi üçün müraciət edib. Dərhal əraziyə polis və FHN-in xilasediciləri, eləcə də təcili tibbi yardım briqadası cəlb edilib.

Xilasedicilər qapını aça bilmədiyindən mənzilə pəncərədən daxil olaraq pişiyi xilas ediblər və onu həkimlərə təhvil veriblər.




Açar sözlər:

Oxunub: 1558