Oğurluq edən qardaşlara hökm oxunub


22:43     08 Noyabr 2017 1407932396_ata-qatili-hebsxanada-olub-cenubnews.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən bir ailənin üzvləri - Famil Şahsuvarov, Cəbrayıl Şahsuvarov və Əliyusif Şahsuvarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Femida.az-ın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. Şahsuvarov 8 il, Cəbrayıl Şahsuvarov 4 il, Ə. Şahsuvarov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Ə. Şahsuvarovun cəzası şərti hesablanıb.

Təqsirləndirilən digər şəxslər barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. Onlar məhkəmə iclas zalında həbs olunublar.

Qeyd edək ki, hadisə bu il Abşeron rayonunda baş verib. Təqsirləndirilən şəxslər zərərçəkmiş sahibkar Elməddin Bayramovun 31 min manatlıq mallarını saxlanc yerindən oğurlayaraq, aparıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 653