Oğurluq anbaan kameralara düşdü - VİDEO
22:12 29 Noyabr 2017
Paytaxtın Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Hadisə anbaan nəzarət kameraları vasitəsi ilə lentə alınıb. Gecə saat 4 radələrində iki nəfər naməlum şəxs Gənclik metrosunun yaxınlığında yerləşən texniki avadanlıqlar satışı ilə məşğul olan mağazadan oğurluq edib. Onlar əvvəlcə mağazanın qarşısında bir qədər müşahidə aparıblar, daha sonra qapını açıblar. Oğrulardan biri küçədə pusquda durub, digəri isə içəri girərək kassanı qırıb. Gənc oğlan kassadan olan pulları götürüb, mağazanı tərk edir. Daha sonra dostu ilə birgə hadisə yerindən uzaqlaşıb.
Hazırda mağazaya dəyən ziyan və oğruların kimliyi araşdırılır. (ARB TV)
Oxunub: 589
Oxşar xəbərlər
- Oğurluq üstə tutuldu, digər cinayətləri də üzə çıxdı
- Oğurluq edən gözətçinin məhkəməsi başlayıb
- Oğurluqda şübhəli bilinən şəxslər tutulub
- Oğurluqla məşğul olan cinayətkar dəstə saxlanılıb
- Oğurluq edən qardaşlara hökm oxunub
- Oğurluq edən qadın kameralara düşdü – VİDEO
- Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
- Oğurluqda şübhəli bilinən yeniyetmə tutuldu
- Oğurluqda şübhəli bilinirdi - Saxlanıldı
- Oğurluqda şübhəli bilinən şəxs tutulub