Dünyada neçə azərbaycanlı “qanuni oğru” var?


18:55     29 Yanvar 2018 1334835313-430.jpg

Dünyada “qanuni oğru” adı daşıyan kriminal imicli şəxslərin sayı 485-dir.


Femida.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumatına görə, "qanuni oğrular"ın 118-i həbsdə, 14-ü isə axtarışdadır. Ən yaşlı “qanuni oğru” keçən əsrin 70-ci illərindən ABŞ-da məskunlaşan 88 yaşlı Borya Uşatıy və onun Gürcüstanın Kutaisi şəhərindən olan həmyaşıdı Kukura Zedaşidzedir. Ən gənc “oğru” isə yenə milliyyətcə gürcü 22 yaşlı Rezo Ubilavadır.

Dünyadakı “qanuni oğru”ların 57 faizi milliyyətcə gürcüdür. Onların arasında Şuşanaşvili, Tvalçelidze, Qoqoladze, Mikaeladze, Caparidze, Papiaşvili və Kardava kimi məşhur klanlar var.
İkinci ən titullu xalq isə ruslardır. Onların 61-i kriminal aləmin bu nüfuzlu adını daşıyır.

Say çoxluğuna görə 3-cü pillədə ermənilərdir. Rusiya mətbuatı iddia edir ki, erməni “oğrular” Rusiyada deyil, daha çox öz tarixi vətənləri Ermənistanda yaşayırlar. Səbəb isə yerli hakimiyyətin onlara çox komfortlu şərait yaratmasıdır.

Maraqlıdır ki, azsaylı yezidi kürdlər ən çox “qanuni oğru” adına sahib 4-cü etnosdur.

Azərbaycanlılar “qanuni oğru”ların sayına görə (18 nəfər) 5-ci, abxazlar isə 6-cı pillədədir.

Gürcülər – 276 (57 faiz)
Ruslar – 61 (13 faiz)
Ermənilər – 35 (8 faiz)
Yezidi kürdlər – 27 (6 faiz)
Azərbaycanlılar – 18 (4 faiz)
Abxazlar – 9 (2 faiz)
Çeçenlər – 8 (2 faiz)
Ukraynalılar – 7 (2 faiz)
Yəhudilər – 6 (2 faiz)
Tatarlar – 5 (2 faiz)
Yunanlar – 5 (2 faiz)
Osetinlər – 3 (1 faiz)
Avarlar – 1(1 faiz)
Ləzgilər - 1 (1 faiz)
Talışlar -1 (1 faiz)

Femida.az

Açar sözlər:

Oxunub: 9258