Sarkisyan Moskvaya gedir

10:23     15 Noyabr 2017 2015-06-27-10-11-44serj-sarkisyan-full-6403.jpg

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfər edəcək.


Femida.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Putin-Sarkisyan görüşündə iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişafı məsələləri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq.

Daha sonra prezidentlər Rusiyada Ermənistan mədəniyyəti günlərinin rəsmi açılış mərasimində iştirak edəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 785