Yasamal istiqamətində 4 marşrut xətti çəkiləcək


19:46     16 Noyabr 2017 bakubas.jpg

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) reallaşdırdığı Yasamal Yaşayış Kompleksi istiqamətində dörd marşrut xətti istifadəyə veriləcək.


Femida.az xəbər verir ki, bu barədə MİDA-nın aparat rəhbəri Anar Quliyev bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə MİDA Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əməkdaşlığını davam etdirir: "Əldə olunan razılığa əsasən, yaşayış kompleksi istiqamətində dörd marşrut xətti istifadəyə veriləcək. Gələcəkdə bu marşrutların sayı artırılacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 1092