General Mladiçə ömürlük həbs - Müsəlmanların soyqırımına görə


19:16     22 Noyabr 2017 skynews-ratko-mladic-bosnia-4162750.jpg

Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Bosniya-Herseqovinada baş vermiş etnik münaqişə zamanı insanlığa qarşı cinayətlər törətmiş serb general Ratko Mladiçi soyqırımda təqsirli bilib.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, R. Mladiç 2-si soyqırımla əlaqəli olmaqla, ümumilikdə 11 maddə üzrə günahkar sayılıb. Paytaxt Sarayevo şəhərinin bombalanması və Srebrenitsa soyqırımında onun günahı sübut olunub.

Məhkəmənin qərarı ilə R. Mladiç ömürlük həbsə məhkum edilib. O, proses zamanı qışqıraraq nəsə deməyə çalışıb. Hakim əvvəlcə ona xəbərdarlıq edib, sonra isə zaldan çıxarıb.

Femida.az

Açar sözlər:

Oxunub: 964