General oğluna 6 il HƏBS TƏLƏBİ


19:37     24 Noyabr 2017 gen9.jpeg

Xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaq tamamlanıb. Prokuror R. Orucovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Digər təqsirləndiriləm şəxslərin hər birinə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istənilib.

Proses dekabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilib ki, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2255