Süleyman Kərimov azadlıqda - 5 milyon avro ödədi


13:00     23 Noyabr 2017 1485949443.jpg

Ötən gün Fransanın Nitsa şəhərində saxlanılan Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov 5 milyon avro məbləğində zəmanətlə azadlığa buraxılıb.


Rusiya KIV-lərinin yaydığı xəbərə görə, bu barədə Nitsa şəhər prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir ki, S.Kərimova Fransanı tərk etmək qadağan edilib.

Qeyd edək ki, "Nafta-Moskva" şirkətinin sahibi, 51 yaşlı Süleyman Kərimov vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur. “Forbes” jurnalına əsasən, S.Kərimovun sərvəti 2016-cı ildə 1.6 milyard dollar təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1227