“Onlar ən mədəniyyətsiz sürücülərdi” - Rəşadət Babayev


16:00     07 Sentyabr 2015 87836.jpg


Paytaxtda yüksək sürətlə hərəkət edən daha bir motoxuliqan saxlanılıb. Bu barədə “Qafqazinfo”ya Bakı şəhər DYP-nin rəis müavini Rəşadət Babayev məlumat verib.


O qeyd edib ki, bir neçə gün əvvəl aeroport yolunda 260/km saat sürətlə hərəkət edən 99 A 372 nömrə nişanlı motonun sürücüsü yol polisinin saxla əmrinə tabe olmayıb: “ Belə vəziyyətdə yol polisi sürücülərə əziyyət verərək yolu bağlayıb. Bu səbəbdən də yolda süni tıxac yaradılıb. Həmin motonun sürücüsünə Suraxanı məhkəməsinin qərarı ilə 30 sutka həbs qərarı verilib”.

R. Babayev əlavə edib ki, baykerlərə dövlətin, millətin gözündə milli qəhrəman statusu vermək istəyənlər var: “Amma bunlar ən mədəniyyətsiz sürücülərdir. Ona görə də yol polisi onlara qarşı həmişə mübarizə aparacaq”.

Açar sözlər:

Oxunub: 2320