Prezident Ağcabədidə hərbi hissəyə baş çəkib


19:49     28 Noyabr 2017 ilham%20eliyev%20zakir%20hesen.jpg

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.


Femida.az-ın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

İ. Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb. Ali Baş Komandana interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1382