Ordumuz 65 minlik təlimin ilk mərhələsinə başladı - FOTOLAR


23:28     07 Sentyabr 2015 telim15.jpg

Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə sentyabrın 6-dan başalayan Komanda Qərargah Hərbi Oyunlarının ilkin mərhələsinə start verilib.

Femida.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, birinci mərhələdə qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonları istiqamətində yerdəyişməsinin, səfərbərlik ehtiyatlarının toplanması və təyinatı üzrə göndərilməsinin mühafizə və müdafəsinin təmin edilməsi məqsədilə döyüş aviasiyası ehtiyat aerodromlarına köçürülüb, eləcə də Raket və Artilleriya Qoşunlarının birlik və hissələri müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.

Kolonların hərəkəti və hərbi daşınmaların hava hücumundan qorunması Hava Hücumundan Müdafiə qoşunları tərəfindən həyata keçirilir.


Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidməti təşkil olunub. Komanda Qərargah Hərbi Oyunları sentyabrın 13-dək davam edəcək. Qeyd edək ki, Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları keçirilir.

Təlimlərə 65 min nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.

Açar sözlər:

Oxunub: 1962