Saxta pulla alver etmək istədi, tutuldu
18:02 05 Dekabr 2017
Dekabrın 1-də Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki stomatoloji ləvazimatlar satan mağazalardan birindən soyğunçuluq edilməsi ilə bağlı 1-ci Polis Bölməsinə müraciət daxil olub.
Femida.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 28-də qəsəbədə fəaliyyət göstərən stomatoloji mağazaya gəlmiş naməlum şəxsin 1000 manat dəyərində stomatoloji ləvazimatlar alması və həmin ödənişin saxta pullarla edilməsi bəlli olub. Pulların saxta olmasından şübhələnən satıcı ondan aldığı malları qaytarmasını tələb edib, lakin alıcı həmin ləvazimatlar olan bağlamanı alaraq qaçıb. Faktla əlaqədar cinayət işi başlanılıb.
1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fərhad Əbdülimanov saxlanılaraq istintaqa təhvil verilib.
Satıcı həmin şəxsin verdiyi saxta olduğu ehtimal edilən 10 ədəd 100 manatlıq əskinasları da istintaqa təqdim edib.
Femida.az
Oxunub: 984
Oxşar xəbərlər
- Şaxta Baba ucqar kəndlərdə uşaqları sevindirdi
- Saxta pul satan ana və qızına 7 il CƏZA
- Şaxta baba olmaq istəyənlərin NƏZƏRİNƏ
- Saxta pul hazırlayan şəxs tutulub
- Saxta pul kəsənlərin cəzası azaldıldı
- Saxta Azərbaycan pasportu ilə sərhədi keçmək istəyən “qanuni oğru” saxlanılıb
- Saxta siqaret satışının qarşısı alınıb
- Saxta MTN əməkdaşının məhkəməsi olub
- Saxta diplom satan Azərbaycan vətəndaşı tutuldu - Rusiyada
- Saxta əmtəə nişanlı araqlar tapılıb