Şaxta baba olmaq istəyənlərin NƏZƏRİNƏ


15:17     08 Dekabr 2017 saxta%20baba.jpg

Bakıda Yeni ildə Şaxta baba olmaq üçün 3 nəfər müraciət edib.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə özəl açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, daxil olan müraciətlər araşdırılır: "Hələlik müraciətlərə cavab verilməyib. Yaxın günlərdə müraciətlərə baxılacaq. Şaxta baba və Qar qızın fəaliyyət göstərməsinə dekabrın 15-dən sonra icazə veriləcək".

Ə.Bağırov əlavə edib ki, artıq paytaxt ərazisində parklarda və digər ərazilərdə Yeni il ağaclarının quraşdırılmasına da başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1310