Öldürülən bərbərin salonu qarət edilib - Mingəçevirdə
19:35 14 Dekabr 2017
Mingəçevir şəhərində 2 ay əvvəl qətlə yetirilən bərbərin işlədiyi salon qarət edilib.
Hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib.
Belə ki, həmin küçədəki binanın birinci mərtəbəsində yerləşən “Xəmsə” çay evi və daha iki kişi bərbər salonu naməlum şəxs və ya şəxslər tərəfindən qarət edilib. Oğrular obyektlərdən kompütürlər, televizorlar, bərbər vasitələri və digər məişət avadanlıqları aparıblar. Daha sonra oğurluq edən şəxs və ya şəxslər yaxınlıqda yerləşən “Damla” mağazasına da girməyə çalışıblar, amma niyyətləri baş tutmayıb.
Qeyd edək ki, qarət olunan bərbər salonlarından birinin sahibi, bərbər Pərviz Məmmədov oktyabr ayının 22-də qətlə yetirilib. P.Məmmədovun çalışdığı salonun qapılarına istintaqın gedişi ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən möhür vurulub.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Femida.az
Oxunub: 1529
Oxşar xəbərlər
- Öldürülən ermənilərin FOTOLARI
- Öldürülən biznesmenin cənazəsi Azərbaycana gətirildi
- Öldürülən erməninin ailəsi onlara verilən mənzildən imtina etdi (VİDEO)
- Öldürülən Çeçen liderinin arvadı: “Rusiya 25 ildir ki,...”
- Öldürülən çempionun qatili tutuldu - Yeni məlumatlar (FOTOLAR)
- Öldürülən qadın həkim olub - YENİLƏNİB
- Öldürülən 4 rus generalın Türkiyə ilə bağlı gizli xəritəsi
- Öldürülən direktorun atası nələri danışdı?
- Öldürülən “Qızıl Məryəm”-in evindən 30 min aparıblar
- Öldürülən qadının “Ded Xasan”la nə əlaqəsi var? ŞOK FAKTLAR