Yanan binaya görə təqsirləndirilən şəxslərdən biri azadlığa buraxıldı
22:07 20 Dekabr 2017
Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərdən biri azadlığa buraxılıb.
Femida.az APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərdən biri Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov cəzasının 1/3 hissəsini çəkdiyi üçün məhkəməyə müraciət edib. Məhkəmə onun vəsatətini təmin edib və azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən, "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudovun 3 il rəhbər vəzifə tutmaq hüuqundan məhrum edilməklə 8 il illik azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbovun hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar, Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyənləşib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin əmlakının müsadirə olunmasını tələb etməsə də, məhkəmə dövlətə dəyən 8,7 milyon manatlıq ziyanın qarşılığında həmin şəxslərin əmlaklarının müsadirə olunması haqda qərar çıxarıb.
Zərərçəkmişlərin mülki iddiaları isə baxılmamış saxlanılıb. Uğur Bəşirovun atasından qalan evin, M. Mahmudovun torpaq sahələrinin, mənzillərinin, digər təqsirləndirilənlərin əmlaklarının müsadirə olunmasına qərar verilib. İbtidai istintaq zamanı bu şəxslərin əmlaklarına həbs qoyulsa da, dəyəri müəyyənləşməyib. Hökmdən verilən apellyasiya şikayətləri təmin edilməyib.
Oxunub: 1082
Oxşar xəbərlər
- Yanan mənzilə görə dövlət orqanlarının öhdəliyi
- Yanan yataqxana ilə bağlı prezidentə məlumat verilib
- Yanan binayla bağlı iş geri qaytarıldı - Yenidən baxılacaq
- Yanan binaya görə tutulanlara bəraət istənildi
- Yanan bina ilə bağlı məhkəmə istintaqı yekunlaşdı
- Yanan binayla bağlı şahid ifadə verdi
- Yanan bina ilə bağlı məhkəmə olub
- Yanan `Sədərək`dən son xəbər - (Yenilənib) FOTOLAR
- Yanan binaya görə tutulanların məhkəməsi olub
- Yanan binaya görə həbs edilən sabiq məmur komaya düşüb