Türkiyədə aviareyslər təxirə salındı


22:33     21 Dekabr 2017 2%20(4)2.jpg

Türkiyənin şərqindəki İğdır vilayətində daxili aviareyslər təxirə salınıb.


Femida.az xəbər verir ki,bu qərara sıx dumanın davam etməsi səbəb olub.

Aviareyslərin nə vaxt bərpa olunacağı barədə hələlik məlumat verilməyib.

Məlumata görə, hazırda İğdır vilayətində görüntü məsafəsi 20 metrdən aşağıdır.

Qeyd edək ki, bu gün səhər saatlarında Ağrı vilayətində sıx duman səbəbi ilə baş vermiş qəzada 5 nəfər həlak olmuş, 12 nəfər xəsarət almışdı.

Açar sözlər:

Oxunub: 1156