Türkiyədə ağır qəza: 31 yaralı var


22:14     24 Dekabr 2017 1514104903380862910_1000x669_1514108633%20(1).jpg

Türkiyədə ağır yol qəzası baş verib.


Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Antalyadan Tokata gedən sərnişin avtobusunun aşması nəticəsində 31 nəfər yaralanıb.

Məlumata görə, Konya-Seydişəhər şosesinin 20-ci kilometrində baş verən qəzaya yolun buz bağlaması səbəb olub. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.

Açar sözlər:

Oxunub: 1112