Azərbaycan əhalisi 1 ildə 120 min nəfər artıb


16:55     25 Dekabr 2017 azcan%20ehali.jpg

“Azərbaycanda əhalinin artım dinamikası yüksəlib”.


Femida.az-ın məlumatına görə, parlament və BMT ilə birgə keçirilən konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov bildirib.

O qeyd edib ki, 2017-ci ildə 159 min uşaq dünyaya gəlib, ümumilikdə isə 120 min nəfər artım olub: “Bu yüksək dinamikadır və biz bütün proqramları o istiqamətə yönəltmişik ki, əhalinin rifah halı yaxşılaşsın. Biz hər il 100 min iş yerinin açılmasını planlaşdırırıq".

Femida.az

Açar sözlər:

Oxunub: 915