Hindistan vətəndaşı Bakıda saxlanılıb
22:32 30 Dekabr 2017
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda güclü təsirli maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Bakı-Tbilisi aviareysilə getmək istəyən Hindistan vətəndaşının çantası rentgen aparatından keçirilərkən çantada olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb.
Vətəndaşın çantası təkrar yoxlanılıb və çantanın içərisində olan əşyaların arasında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd üzərində "Tricare SR Tramadol Hydrochloride Sustained Release Tablets IP 100 mg" və 1 ədəd üzərində "Tricare Tramadol Hydrochloride 50 mg & Paracetamol Tablets" yazılmış dərman qutuları aşkar olunub.
Həmin qutulara baxış zamanı isə birində cəmi 180 ədəd, digərində isə cəmi 190 ədəd ağ rəngli həblər aşkarlanıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən həblər "Tramadol" adlı dərman vasitəsidir.
Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 784
Oxşar xəbərlər
- Hindistanda qar uçqunu: 11 ölü
- Hindistan-Pakistan sәrhәdindә atışma - 3 əsgər öldü
- Hindistanda bina uçdu - 6 nəfər dağıntılar altında qaldı
- Hindistanda qayıq aşdı - 22 nəfər öldü
- Hindistanda qatar relsdən çıxdı - Yaralılar var
- Hindistanda torpaq sürüşməsi - 46 nəfər ölüb
- Hindistan 40 min müsəlmanı ölkədən çıxarmaq niyyətindədir
- Hindistanda faciə: Ölü sayı 200-ü keçdi
- Hindistanda avtobus dərəyə aşıb - 16 ölü, 30 yaralı
- Hindistanda ölənlərin sayı 83 nəfərə çatıb