Hindistanda qatar relsdən çıxdı - Yaralılar var


12:56     29 Avqust 2017 hindis%20qatar.jpg

Hindistanın Maxaraştra ştatında sərnişin qatarı relsdən çıxıb.


Femida.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Tutuola şəhəri yaxınlığında qeydə alınıb.

Naqpur-Mumbay marşrutu üzrə hərəkət edən qatarın beş vaqonun relsdən çıxması nəticəsində xəsarət alanlar var. Onların dəqiq sayı hələ ki, məlum deyil.

Qatarların hərəkəti xətdə müvəqqəti olaraq dayandırılıb. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, avqustun 19-u və 23-də Hindistanda baş verən qatar qəzalarında 23 nəfər ölüb, 140-dan çoxu yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 801