Hindistanda bina uçdu - 6 nəfər dağıntılar altında qaldı


15:22     16 Oktyabr 2017 hindistan%20ucqun.jpg

Hindistanın Baqolor şəhərində 3 mərtəbəli yaşayış binası uçulub.


Femida.az xəbər verir ki, Karnatak ştatının daxili işlər naziri Ramalinq Reddi bildirib ki, dağıntılar altında azı 6 nəfər ölüb.

İnsident səhər saatlarında baş verib.

Daha öncə binanın qaz balonunun partlamasından sonra uçulması barədə informasiyalar yayılsa da, daha sonra bu xəbər təkzib edilib.

Hazırda hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadası işləyir. Dağıntılar altında hələ də qalanların olması ehtimal edirlir. Bu səbəbdən ölən və yaralananların sayının artacağı istisna edilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 815