Hindistanda faciə: Ölü sayı 200-ü keçdi
02:27 02 Avqust 2017
Hindistanın Qucarat ştatında daşqınlardan ölənlərin sayı 218 nəfərə çatıb.
Femida.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Hindistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.
İdarənin nümayəndəsinin məlumatında bildirilir ki, təkcə Banaskantxanın bir dairəsində 61 nəfər təbii fəlakətin qurbanı olub. Onun sözlərinə görə, Qucarat ştatının şimal hissəsində, təbii fəlakətdən daha çox əziyyət çəkən Banaskantxa və Patan dairələrində son iki gün ərzində suyun səviyyəsinin enməsindən sonra daha çox ölünün cəsədi aşkar edilib.
Qucarat ştatı güclü yağışlar səbəbindən tamamilə daşqınlara təslim olub. Statistikaya görə, ötən həftə ərzində Hindistanın xilasetmə bölmələri 11 min zərərçəkmişi xilas edib. Daha 39 min nəfər təhlükəsiz yerə təxliyə edilib.
Oxunub: 858
Oxşar xəbərlər
- Hindistanda qar uçqunu: 11 ölü
- Hindistanda bina uçdu - 6 nəfər dağıntılar altında qaldı
- Hindistanda qayıq aşdı - 22 nəfər öldü
- Hindistanda qatar relsdən çıxdı - Yaralılar var
- Hindistanda torpaq sürüşməsi - 46 nəfər ölüb
- Hindistanda avtobus dərəyə aşıb - 16 ölü, 30 yaralı
- Hindistanda ölənlərin sayı 83 nəfərə çatıb
- Hindistanda torpaq sürüşməsi - 14 nəfər ölüb
- Hindistanda sel fəlakəti - 20 nəfər ölüb
- Hindistandan Azərbaycana aviareys açılacaq