Avtobus aşdı, 18 sərnişin yaralandı


01:45     02 Yanvar 2018 avto-qeza.jpg

Türkiyənin Ərzurum-Ərzincan avtomobil yolunda İran dövlət nömrə nişanlı sərnişin avtobusunun aşması nəticəsində 18 nəfər yaralanıb. Avtobus yuvarlanaraq yoldan kənara düşüb.

Femida.az xəbər verir ki, Aşqala-İspir dörd yol ayrıcında baş verən qəzaya səbəb yolun sürüşkən olmasıdır. Yaralılar xəstəxanalara yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 811