Xırdalan qazsız qaldı


23:21     05 Yanvar 2018 1449155312_qaz_problemi_231.jpg

Bu gün axşam saatlarında “Azərsu” ASC-yə məxsus texnika Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qazıntı işləri apararkən ərazidən keçən diametri 166 mm olan yeraltı polietilen qaz boru xəttini zədələyib.



Femida.az-ın “Report”a istinadən məlumatına görə, hadisə nəticəsində Xırdalan şəhəri qazsız qalıb.

“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev “Report”a bildirib ki, hazırda təmsil etdiyi qurumun əməkdaşları hadisə yerində işləyir: “Saat 17:30-dan etibarən əməkdaşlarımız qaz sızmasının qarşısını almaq üçün ərazidə işləyir. Yaxın saatlarda əraziyə qazın verilməsi təmin ediləcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 824