Xırdalanda qaçırılan avtomobil Yasamalda tapıldı


17:57     10 Yanvar 2018 masin%20ogurluq.jpg

Xırdalanda avtomobil qaçırılıb.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 9-na keçən gecə Xırdalan şəhərinin ərazisindən şəhər sakini Ehtiram Nəcəfova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini Yunis İmanov saxlanılıb.

Avtomobil isə Yasamal rayonu ərazisində tapılıb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: Femida.az   Oğru   Maşın  

Oxunub: 486