Salyanda 5 otaqlı evdə YANĞIN


19:29     10 Yanvar 2018 gumushanede-yangin_5d0fbe2.jpg

Salyan rayonunda 5 otaqlı evdə yanğın olub.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, rayonun Seyidsadıqlı kəndində ümumi sahəsi 117 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.​

Femida.az

Açar sözlər: Femida.az   Yanğın   Salyan  

Oxunub: 312