Bakıda və Şəmkirdə ev yanıb


01:46     11 Yanvar 2018 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-640.jpg

Bakıda və Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.



Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 110 m2 olan 2 otaqlı mənzilin hamamının dam örtüyü 3 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Şəmkirin Sabirkənd kəndində isə ümumi sahəsi 196 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 98 kv.m sahədə və evə bitişik ümumi sahəsi 84 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Femida.az

Açar sözlər: Femida.az   Yangin   Bakı   Şəmkir  

Oxunub: 286