Şahin Mustafayev İran səfiri ilə görüşüb
19:22 11 Yanvar 2018
İqtisadiyyat naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Səfirlə Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclasının keçirilməsinə, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.
Femida.az
Oxunub: 996
Oxşar xəbərlər
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ərdoğan Azərbaycana gəlir
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib