Bakı metrosundakı faciənin görüntüləri yayıldı - VİDEO


16:09     12 Yanvar 2018 trend_metro_train_080615_003.jpg

Bakıda metrosunda növbəti intihara cəhd hadisəsi baş verib.




Bu barədə Femida.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, hadisə saat 09:18-də metronun "Qara Qarayev" stansiyasında baş verib: ""Həzi Aslanov"- "Dərnəgül" xətti üzrə hərəkət eüdən qatar "Qara Qarayev" stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı kişi özünü qatarın altına atmağa cəhd edib. Yaşlı kişi qatara dəyərək platformaya yıxılıb. Vəziyyəti ağır idi. Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib".




Femida.az

Açar sözlər: Metro   İntihar   Dərnəgül  

Oxunub: 1754