88 minə yaxın piyada cərimələndi
13:41 17 Yanvar 2018
2017-ci il ərzində piyada vurulması halları Bakı şəhəri üzrə ötən il baş vermiş yol-nəqliyyat hadisələrinin yarıdan çoxunu təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, ötən il qəzaların sayında azalma müşahidə edilir, ancaq piyadaların vurulması ümumi hadisələrin yarıdan çoxunu təşkil etdiyindən narahatlıq doğurur:
"Yenə də piyadaların vurulmasının piyada keçidlərinin yaxınlığında baş verməsinin şahidi oluruq. Bu da təbliğat işlərinin daha da gücləndirilməsinə, eyni zamanda praktiki tədbirlərin keçirilməsinə zərurət yaradır. Təbliğat işinin gücləndirilməsində mətbuat da öz dəstəyini əsirgəməməlidir. Piyadalar da sürücülər kimi svetoforun işıqlarının tələblərinə əməl etməlidirlər. Piyadalar yolu keçərkən yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə diqqət yetirməli, xüsusilə günün qaranlıq vaxtları, həmçinin işıqlanmayan ərazilərdə daha diqqətli olmalıdırlar. Piyada zolaqları ilə avtomobil yollarının kəsişməsində süni sıxlığın yaşanmaması üçün piyadalar ən azı nəqliyyat vasitəsinin tam dayandığını yəqin etdikdən sonra hərəkət etməlidirlər. Piyadalar unutmasınlar ki, yaxınlaşmaqda olan avtomobil texniki cəhətdən nasaz ola bilər, əyləc sistemi işləməyə və ya sürücü diqqətsiz ola bilər. Piyadaları nizam-intizama, sürücüləri sükan arxasında olarkən diqqətli olmağa dəvət edirəm, eyni zamanda, mətbuatı bu istiqamətdə maarifləndirmə işini gücləndirməyə çağırıram".
V.Əsədov əlavə edib ki, ötən il ərzində 88 minə yaxın piyada inzibati məsuliyyətə cəlb edilib.
Femida.az
Oxunub: 847
Oxşar xəbərlər
- Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
- Taksi 3 piyadanı vurdu, 1 əcnəbi öldü
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Xaçmazda naməlum avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
- Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
- Şəmkirdə avtomobillə vurulan piyada reanimasiyaya yerləşdirilib
- Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb