Şəkidə avtomobil piyadanı vuraraq öldürüb


10:06     19 İyul 2022 22_07_19_1658221606.jpg

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun 18-ci kilometrliyində, Aşağı Göynük kəndinin ərazisində qeydə alınıb.

Şəki rayon Birinci Biləcik kənd sakini, 39 yaşlı Pərviz Xəlilov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə hərəkətdə olarkən Şəki şəhər sakini 57 yaşlı Mehman Hacırəhimovu vurub. Qəza yerinə gələn təcili tibbi yardım heyəti tərəfindən yaralıya ilkin tibbi yardım göstərilərək Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

M.Hacırəhimov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 333