Şəmkirdə avtomobillə vurulan piyada reanimasiyaya yerləşdirilib


12:13     12 İyul 2022 22_07_12_1657609060.jpg

Şəmkirdə piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Femida.az-ın məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən piyada, 1977-ci il təvəllüdlü İ. Əliyevi avtomobil vurub.

Nıticədə piyada ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Reanimasiya şöbəsində müalicəsi davam edən zərərçəkmişin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 453