Azərbaycan Pakistanla hərbi protokol imzaladı


20:54     18 Yanvar 2018 2018/01/gen_pak_1516280138.jpg


Azərbaycan Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun Bakıda keçirilən 8-ci görüşü başa çatıb.


MN-dən Femida.az-a verlən məlumata görə, görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün nəticələrinə əsasən protokol imzalanıb.

Femida.az

Açar sözlər: Azərbaycan   Pakistan   Bakı   Protokol  

Oxunub: 671